Bələdiyyə sədri silahlı hücuma məruz qaldı
11.06.2021
Trabzonda səhər saatlarında bələdiyyə başçısı Mustafa Bıyık rəsmi avtomobilində olarkən silahlı hücuma məruz qalıb.
DM xəbər verir ki, hadisə bələdiyyə binasının qarşısında qeydə alınıb. Belə ki, naməlum şəxs sədrin avtomobili dayanan kimi, silahla atəş açıb. Nəticədə ölən və xəsarət alan olmasa da, cani şəxs mühafizəçilər tərəfindən saxlanılaraq, polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.