Koronavirus xəstələrinə qulluq etmək üçün robot yaradıldı
11.06.2021
Məşhur Sofiya insanabənzər robotunu yaratmış Çin alimləri qrupu yeni işlərini ictimaiyyətə təqdim edib.
CNA bildirir ki, Qreyms adlı robotun pilot modeli səhiyyə sistemində tətbiq olunacaq.
O, əsasən, COVID-19 xəstələri və yaşlı insanlara qulluq edəcək.
Yeni robot asiyalılara məxsus üz cizgilərinə malikdir. Onun şabalıdı saçları var.
Qreyms ingiliscə və Çin dilinin müxtəlif dialektlərində danışa bilir. Robot süni intellektin yardımıyla xəstələrin vəziyyətini yoxlayır.
Artıq bu ilin avqustundan başlayaraq, robotun kütləvi satışa çıxarılması planlaşdırılır.