İkinci doza vaksini vurdurmayanların nəzərinə!
10.06.2021
Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır.
DM Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.
O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir:
"Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.