Qadın deputat naziri canlı yayımda sillələdi
10.06.2021
Pakistanda televiziyaların birində qəribə anlar yaşanıb.
DM xəbər verir ki, TV proqramlarının birində canlı yayım zamanı sabiq mətbuat naziri Aşıq Avanla, qadın deputat Qadir Mandokhelə arasında mübahisə yaşanıb.
Belə ki, aparıcı hər iki şəxsi sakitləşdirməyə çalışsa da, onlar arasında mübahisə daha da qızğınlaşıb. Bundan sonra qadın millət vəkil, nazirin üzünə sillə vurmağa başlayıb. Bir anlıq canlı yayımda olduqlarını unudan siyasi şəxslərin görüntüləri mediada gündəm yaradıb.