03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Aşot Azərbaycana əsir düşmək istəyir, ya yox?

10.06.2021

Ermənistanda keçmiş prezident Serj Sərkisyanla baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında "Aşotun Azərbaycanda saxlanılan erməni hərbçilərinə dəyişdirilməsi” təklifi ətrafında polemika davam edir. Virtualaz.org xəbər verir ki, söhbət Paşinyanın oğlu Aşotdan gedir. Sərkisyan iki gün əvvəl Paşinyanın "əsirlər Bakı həbsxanasında Ermənistanın müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır, onlar 1-2 ay da artıq qalsalar bizi bağışlasınlar” məzmunlu çıxışına cavab olaraq ona təklif edib ki, oğlu Aşotu həmin hərbçilərin 25-30 nəfərinə dəyişdirsin. Paşinyan bu təkliflə razılaşıb, danışıqlar aparmaq səlahiyyətini "sutenyor” Serjikə və Robikə (Robert Köçəryan) həvalə etdiyini deyib.

Dünən isə Paşinyan bildirib ki, müvafiq strukturlara oğlunun Azərbaycanda saxlanılan erməni hərbçilərinə dəyişdirilməsinə dair danışıqlar aparmaq tapşırığı verib.

Serj Sərkisyan isə Paşinyanın bu çıxışına şərh verərək deyib ki, onun həmin çıxışından sonra hakimiyyətin feykləri və yalançı KİV-ləri Aşotdan qəhrəman düzəltməyə başlayıblar. "Mən sual edirəm, onun ağlına dünən gəldi ki, belə eləmək olar? Bilmirdi Aşot hardadır, əsirlər harda? O nə deməkdir ki, tapşırıq verib? Bizdə bəyəm XİN var? Nazirin səlahiyyətlərini kim icra edir? Müavinləri kimdir? Hamı istefa verib, heç kim onunla işləmək istəmir. Əgər o, həqiqətən oğlunu dəyişmək istəyirsə qoy Əliyevə zəng vursun. Əgər o hazırdısa, oğlu hazırdısa nəyə görə iki gün əvvəl deyirdi ki, qoy əsirlər 1-2 ay gözləsinlər? Qoy oğluna hərbi forma geyindirsin, sərhədə göndərsin, o da orada əsir düşsün, onda başa düşər ki, bu nə deməkdir...”,-Serj Sərkisyan bildirib.

Azərbaycanda isə əlbətdə ki, rəsmi qaydada Paşinyanın oğlunu erməni diversantlarına dəyişdirmək kimi qeyri-ciddi təklifə münasibət bildirmirlər.