21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Ərdoğanın Şuşaya gəlişi Ermənistanın himayədarlarına mesajdır"

09.06.2021

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya gözlənilən səfəri gündəmin əsas müzakirə mövzusudur.

DM xatırladır ki, Türkiyə Prezidenti iyunun 16-da Bakıya gəlməyi planlaşdırır. Səfər çərçivəsində Ərdoğan işğaldan azad edilən Şuşa şəhərinə gedəcək. Bu barədə özü jurnalistələrə açıqlamasında deyib.

"Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq".

Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.

Ekspertlərin fikrincə, Ərdoğanın Azərbaycana səfəri çərçivəsində xüsusilə Şuşa getmək istəyi Ankaranın Qarabağ savaşında Bakıya verdiyi dəstəyin davamı sayıla bilər. Şuşa Qarabağ savaşında açar bölgə rolunu oynayır. Təsadüfi deyil ki, ermənilər ciddi-cəhdlə bu şəhəri geri qaytarmağa çalışır və bunu açıq şəkildə bəyan etməkdən çəkinmir. Təbii ki, rəsmi İrəvan bu məsələdə daha çox himayədarlarının dəstəyinə ümid edir.

Belə bir məqamda Türkiyə Prezidentinin Şuşaya gəlişi həm də Ermənistanın himayədarlarına mesajdır.

"Türkiyə bu addımı ilə sona qədər Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Bundan əvvəl Ərdoğan Qələbə paradında iştirak etmişdi. Bu addımlar, əlbəttə ki, siyasi xarakter daşıyır və güman ki, bunun praktik nəticələri də olacaq. Türkiyənin Azərbaycana dəstəyi davam etdikcə, Bakını Qarabağ münaqişəsində mövqelərindən geri çəkilməyə məcbur etmək asan olmayacaq. Ona görə də Ərdoğanın Şuşa səfəri kifayət qədər əhəmiyyətli siyasi akt kimi qiymətləndirilə bilər”, - deyə ekspertlər bildirib.