İsrail hərbçiləri 11 fələstinlini saxladı
09.06.2021
İsrail hərbçiləri Həmasın bölgə rəisi Nadir Safafta da daxil olmaqla 11 fələstinlini nəzarətə götürüb.
DM xəbər verir ki, İsrail ordusu Tubas şəhərinə basqın etdiyi və Həmasın bölgə liderlərindən biri olan Safaftayı evindən tutduğu bildirib.
Qeyd edək ki, işğal altındakı Qərb Şəriyə və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri, müxtəlif iddialarla fələstinliləri həbsdə saxlayır.