21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Altsheymer xəstələri üçün yeni dərman təsdiqləndi

09.06.2021

 ABŞ səlahiyyətliləri təxminən 20 ildə ilk dəfə Altsheymer xəstələri üçün yeni dərmanı təsdiqləyib.

"ABC News” xəbər verir ki, "Biogen” şirkəti tərəfindən hazırlanmış dərmanin ticari adı "Aduhelm”dir.

Dərmanın effektivliyi barədə mübahisələr mövcud olsa da, səlahiyyətlilər onu xəstəliyin inkişafını ləngitməyə yönəlmiş ilk dərman kimi Altsheymer xəstələri üçün böyük əhəmiyyət kəsb etdiyini deyirlər.

Dərman insan beynində hüceyrələrə zərər verən, yaddaş, düşüncə və ünsiyyət problemlərinə səbəb olan lövhələr əmələ gətirən protein- amiloidi məhv edir.

İstehsalçı hesab edir ki, dərman həyat tərzi dəyişiklikləri ilə birləşdirildikdə, erkən diaqnoz qoyulan xəstələrə kömək edə bilər.