21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

200 min insanın əlilliyi ləğv ediləcək?

08.06.2021

Parlamentin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyi ləğv edilən şəxslər arasında haqsızlıqla qarşılaşanların olduğunu bildirib.

DM-in məlumatına əsasən, deputat qeyd edib ki, həqiqətən əlil olan şəxslər var, lakin onların əlilliyi əlindən alınıb:

O, əlillik təyinatı ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikləri də şərh edib.

M.Quliyev bildirib ki, dəyişikliklər qəbul ediləndən sonra 8 meyar üzrə faizlər müəyyənləşəcək və bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

"Bu zaman şəxslərin özü qoyulan diaqnoz əsasında hansı faiz əlil olduğunu müəyyən edə biləcək. Həmin meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında da yerləşdiriləcək. Hər kəs bu meyarlarla tanış ola biləcək”.

O, yeni qanun qəbul ediləndən sonra 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını da vurğulayıb.

Əlavə edib ki, qanun qəbul edilsə, əksinə, əlillik alanların sayında çoxalma ola bilər.