21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

08.06.2021

"Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib. ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın DQS şirkəti tərəfindən aparılıb. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın DFS aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır. Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi, bir daha yüksək qiymətləndirib.

Qeyd etməliyik ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olub.

COVID-19 pandemiyası səbəbindən aviasiya sənayesində baş verən böhrana baxmayaraq, "Azəraeronaviqasiya” HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərib. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edib.