Paşinyandan onu xain adlandıranlara CƏZA
08.06.2021
Nikol Paşinyan rəqiblərinə dərs vermək üçün ona xain deyənləri döyməyi tapşırıb.
DM xəbər verir ki, bu barədə "Hraparak" nəşri "Vətəndaş razılaşması” partiyasına yaxın olan mənbəyə istinadla məlumat yayıb.
"Armavir bölgəsindəki iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri ilə birlikdə Paşinyanı xain adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən başqa bir şəxs bu yaxınlarda İrəvanın Şimal prospektində oxşar hadisənin baş verdiyini söylədi: Paşinyana "xain” deyən vətəndaş döyülüb. Bir neçə gün əvvəl Vanadzorda baş nazir haqqında mənfi danışan bir vətəndaş küçədə avtomobilə otuzdurularaq aparılıb. Paşinyanın tənqidçiləri üçün ən ciddi cəza isə 20 iyundan sonra veriləcək. Səlahiyyətlilər bununla bağlı böyük planlar qururlar”, - erməni KİV-ləri yazıb.