İtaliya Çinin nəhəng layihəsini tərk etdi
08.06.2021
2019-cu ildə Çinin "Bir kəmər, bir yol" layihəsinə qatılan ilk G7 ölkəsi olan İtaliya geri çəkilib.
DM xəbər verir ki, bu barədə İtaliya Baş naziri Mario Dragi qərar qəbul edib.
Məlumat üçün bildirək ki, Roma ilə Pekin arasında gərginlik Draginin dekabr ayında baş nazir təyin edilməsindən iki ay əvvəl başlayıb.
Çinin "Şenzhen İnvestment Holdinqs" şirkəti mərkəzi Milanda yerləşən çip istehsalçısı LPE-nin hissələrinin 70 faizini almağa razılaşıb. Dragi baş nazir olduqdan sonra yeni iqtisadiyyat naziri Giankarlo Giorgetti razılaşmaya etiraz edib.
Dragi isə 31 martda LPE satışını qadağan edən qərarı imzalayıb.
Çin şirkəti açıqlamasında müəyyən sahələrdə LPE ilə birgə fəaliyyətə davam edəcəyini bəyan edib.