Paşinyan Sarqsyana cavab verdi: “Bəs niyə özünü hələ də güllələməmisən?”
07.06.2021
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezident Serj Sarqsyana cavab verib. Nikol Paşinyan Serj Sarqsyana ölkədəki silahların böyük hissəsinin onun prezidentlik dövründən sonra alındığı üçün nəyə görə özünü hələ də güllələməməsi barədə ritorik sual ünvanlayıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
"O, deyir ki, əgər ali baş komandan olsaydı, özünü güllələyərdi. Bəs Ermənistanın silahlarının 75 faizinin son iki ildə alınması özünü güllələmək üçün səbəb deyilmi? Əgər Monte-Karlo kazinosunda əsgərlərdən oğurlanan milyonları uduzsaydı özünü güllələyərdi?”, - deyə N.Paşinyan bildirib.
Xatırladaq ki, daha əvvəl Sarqsyan seçicilərlə görüş zamanı Paşinyanı 10 min insanın ölümündə günahlandırıb və onun yerində olsaydı, özünü güllələyəcəyini bildirib.