Rəqqasə Fatimə: “Şiddətə görə boşandım, qohumlarım üz çevirdi”
07.06.2021
Rəqqasə Fatimə Fətəliyeva birinci həyat yoldaşından şiddətə məruz qaldığı üçün boşandığını açıqlayıb.
"DM” xəbər verir ki, o, bu barədə "ATV maqazin onlarla” proqramında qonaq olarkən danışıb.
Fatimə qeyd edib ki, boşanan zaman bütün qohumları ondan üz döndərib:
"Yaxın qadınlar var ki, ailəsində böyük problemlərlə üzləşirlər. İllərlə yaşayırlar və buna dözürlər. Onlara sual verirəm ki, niyə? Deyirlər ki, cəmiyyət, qohumlar, dostlar nə düşünər? Biz ömür boyu başqaları üçün yaşayırıq... Fikirləşirlər ki, qızlarına elçi gələndə soruşacaqlar ki, bu uşağın atası haradadır?
Mən də dözə bilərdim. Amma etmədim, qoyulan təməli özüm qırdım. Öz istəyimlə həyat yoldaşımdan ayrıldım! Çünki deyirdilər ki, qapaz altında biz deyənlə otur-dur! Özümə çox qapanırdım, hətta dərman içib intihar etmək istədim. Zəhərlənmişəm, daha sonra sağalmışam. Şiddətə məruz qalırdım. Ayrıldım, övladıma baxmaq üçün rəqqasə oldum. Qohumlar qınadı, üz çevirdi, bizi tanımaq istəmədilər. Anam, qızım və mən- üçümüz tək qaldıq”.