Türkiyəli müğənni Bakıda Karantin qaydalarını pozaraq konsert verdi
07.06.2021
Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib.
Müğənni konsertdən görüntüləri öz "Instagram” səhifəsində paylaşıb.
Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.
M.Ceceli görüntülərə belə şərh verib: "Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”.