BNA əməkdaşı Dünya Çempionatında uğur qazandı
07.06.2021
Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar.
BNA-dan verilən məlumata görə, Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.
Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək, 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.
Çempionat iyunun 3-dən 6-a kimi davam edib. Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.