Zelenskidən ETİRAF
07.06.2021
Ukraynaya hərbi yardım amerikalı senatorlar və Entoni Blinkenin ölkəyə səfəri zamanı müzakirə edilib.
DM xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Təəssüf ki, mən müzakirənin detallarını bölüşə bilmərəm, amma bu bizim üçün çox vacibdir. Söhbət Qara və Azov dənizlərinin təhlükəsizliyindən gedir, çünki bizim mövqelərimiz kifayət qədər zəifdir. Rusiya praktik olaraq Qara dənizdə dominantlıq edir. Biz bunu etiraf edirik və istərdik ki, burada müdafiə məqsədiylə ciddi qüvvələr olsun”, – deyə o bildirib.