Çavuşoğlundan AÇIQLAMA
07.06.2021
Türkiyə və Fransa dost-müttəfiq ölkədir və belə də qalacaq.
DM xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "L'Opinion” nəşri üçün qələmə aldığı məqaləsində yazıb.
XİN rəhbəri bildirib ki, bu dostluq əlaqəsinin pozulmaması üçün yanlış anlaşılmalara məhəl qoyulmamalıdır.
Çavuşoğlu iki müttəfiq ölkə arasındakı əlaqələrin ağır dönəmdən keçdiyini vurğulayıb:
"Mart ayında Fransa və Türkiyə prezidentlərinin təması ölkələr arasındakı bağı gücləndirmə fürsəti yaratdı”.
Türk nazir tərəflər arasında Suriya məsələsi ilə bağlı faydalı müzakirələrin olduğunu da xatırladıb.
Qeyd edək ki, M.Çavuşoğlu Parisdə səfərdədir.