İndoneziyanın Lombok adasında 6,8 bal gücündə zəlzələ baş verib.
"Dövran Media" xəbər verir ki, zəlzələnin ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Son məlumata görə ölənlərin sayı 142 nəfərə çatıb. Minlərlə bina dağılıb, bir o qədər də binaya ziyan dəyib. Ölkənin turizm cənnəti hesab olunan Bali adasında da çoxlu sayda dağılmış binalar var. Buradakı turistlər artıq ölkələrinə dönür.