Şəhid jurnalistlərin xatirəsi yad edilir
04.06.2021
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan jurnalistlərin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi ehtiramla yad olunur.
DM xəbər verir ki, Azərbaycan mətbuatının və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət edir, önünə gül dəstələri düzürlər.