"Onlar hər gün bu tələbi rədd edirlər"
04.06.2021
Bayramov Ermənistana çağırış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikisi jurnalist olmaqla, üç Azərbaycan vətəndaşının Kəlbəcərdə mina partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.
Nazir başsağlığını Tvitter səhifəsində yayıb.
"Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!”, - nazir vurğulayıb.