Azərbaycan Qran Prisində üçüncü qəza - FOTO
04.06.2021
Formula 2 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü başa çatıb.
DM xəbər verir ki, bolidlərin treklə tanışlığında Marina Sato ("Trident” komandası) və Lirim Zendelidən ("MP Motorsport” komandası) sonra DAMS komandasının israilli pilotu Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.
Onun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.
Qeyd edək ki, "Hayteç” komandasının estoniyalı pilotu Yuri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.