Bakıdakı istiqamətləndirici lövhədə buraxılan kobud səhvlə bağlı AÇIQLAMA
04.06.2021
"İstiqamətləndirici lövhədə yol verilən səhv qəbuledilməzdir”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, bu nişanlar, avadanlıqlar podratçı şirkət tərəfindən quraşdırılır:
"Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur. Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”.
Qeyd edək ki, löhvə quraşdırılmazdan əvvəl Bakı Nəqliyyat Agentliyinin nümayəndələri sifarişin göstərildiyi kimi hazırlanmasına nəzarət etməlidir.
Agentliyin podratçı şirkətə təqdim etdiyi eskizi təqdim edirik: