21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vaqif Cavadov Avropa çempionatı tarixinə düşdü

03.06.2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa çempionatlarında debüt edən ən gənc futbolçuların adlarını açıqlayıb.

"DM” xəbər verir ki, 11 nəfərlik siyahının 9-cu pilləsində Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov yer alıb.
Cavadov 2006-cı ildə AÇ-2008-in seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (0:1) meydana çıxıb. Keçmiş yarımmüdafiəçinin Avropa çempionatında debütü 17 yaş 100 günlüyündə olub.
Siyahının ilk pilləsində Norveç yığmasının üzvü Martin Odeqard yer alıb. 2014-cü ildə AÇ-2016-nın seçmə mərhələsinin "Bolqarıstan”la matçında (2:1) meydana çıxan Odeqard həmin vaxt 15 yaş 300 günlük idi.