Rusiya səfiri Zəngəzurda olub
03.06.2021
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzura -red.) səfər edib.
DM xəbər verir ki, bu barədə Rusiya səfirliyinin "Facebook” səhifəsində məlumat paylaşılıb.
Diplomat Gorus-Qafan magistral yolu boyunca qurulan postlarda Rusiya və Ermənistan sərhədçilərinin, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən vəzifələrin yerinə yetirməsi ilə tanış olub.