ABŞ-la İran böyük ölçüdə razılaşıb, lakin...
03.06.2021
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam bərpası ilə bağlı Vyana danışıqlarında yaxşı irəliləyiş əldə edilir.
DM xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.
"ABŞ-ın İrana qarşı ləğv etməli olduğu sanksiyalara demək olar ki, aydınlıq gətirilib. İranın da nüvə öhdəliklərinə dair atacağı addımların siyahısı böyük ölçüdə razılaşdırılıb," - Ulyanov söyləyib.
Rusiyalı nümayəndə hələ də dəqiqləşdirilməsi vacib bir çox detal olduğunu, lakin ümumi sxemin olduqca aydın şəkil aldığını qeyd edib.