İsveçrədə təyyarə qəzası: Bütün sərnişinlər həlak olub
05.08.2018
Alp dağlarının İsveçrə hissəsində içində 20 sərnişin olan təyyarə qəzaya uğrayıb.
"Dövran Media" xəbər verir ki, təyyarədə olan sərnişinlərin hamısı ölüb.
Qraubünden polisi təyyarənin qalıqlarının tapıdığını, ərazidə 5 helikopterlə axtarış aparıldığını bildirib.
Qəzaya uğrayan təyyarə İkinci Dünya müharibəsi zamanı Almaniya ordusunun istifadə etdiyi Ju-52 (Yunkers) tipli təyyarə olub.
İsveçrə Aviasiya İdarəsi ərazini uçuşa bağlı elan edib.