21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda işsizlikdən sığorta ödənişinin verilməsində YENİ QAYDA

01.06.2021

Nazirlər Kabineti "İşsizlikdən sığorta haqqında” qanunda edilmiş dəyişiklikləri nəzərə alaraq 29 dekabr 2017-ci il 29 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edib.

DM xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri deyil, əmək haqları barədə məlumatları əsasında müəyyən ediləcək.

Bundan başqa, sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi zamanı nəzərə alınan və alınmayan ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilməyəcək.