Belarusa qarşı istintaq başlayacaq
28.05.2021
Litvaya gedən sərnişin təyyarəsinin məcburi enişinə görə Belarusa qarşı istintaq başlanacaq.
DM xəbər verir ki, bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatı açıqlama yayıb.
Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi səbəbi ilə axtarış üçün Minskdə təcili eniş etmişdi. Bomba xəbəri yalan çıxmış, əvəzində isə bu təyyarədə uçan "Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanmışdı.