21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avropada soydaşlarımızın Cümhuriyyət arzusu

28.05.2021

 XX əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti hər bir Azərbaycan vətəndaşının qürurudur. Vaxtilə Rusiya imperiyasının müxtəlif şəhərlərində, o cümlədən Qori Seminariyasında və Avropanın müxtəlif ölkələrində təhsil alan gənclər XX əsrin əvvəllərində öz fikir azadlığı və cümhuriyyət arzularını həyata keçirmək əzmində olublar. Azərbaycanın maarifçi-demokratlarından olan Mirzə Fətəli Axundovun bədii-dramaturgiya nümunələri, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələr və nəhayət Üzeyir bəy Hacıbəylinin unudulmaz əsərləri cəmiyyətin maariflənməsində əhəmiyyətli rol oynayıb.

XX əsrin əvvəllərində cərəyan edən sosial-iqtisadi proseslər, neft bumu Bakının Rusiya imperiyasınını aparıcı sənaye şəhərinə çevrilməsinə səbəb olub. XIX əsrin sonlarında Bakıda çalışan Rotşildlər, Nobellər, Simenslər yəqin düşünmürdülər ki, qısa zaman kəsiyində Azərbaycan xalqının layiqli övladları Tiflisdə, Gəncədə və Bakıda apardıqları ictimai-siyasi fəallığı sonda Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnəcəkdir. O dövrdə Azərbaycanda cərəyan edən təhsil tendensiyası gənclərin Avropa ölkələrində təhsil almağına səbəb olub. Lakin Cümhuriyyətin süquta uğraması zamanı çətinliklə üzləşən tələbələrin bir qismi Vətənə dönüb, digərləri isə Avropanın müxtəlif şəhərlərində işləməyə üstünlük veriblər. Almaniyada təhsil alan tələbələrin üzləşdiyi çətinlikləri nəzərə alan Helenendorflu (Göygöl) alman iş adamları Forer və Hummellər onlara qismən də olsa bir yerli kimi qayğı göstəriblər. 

Aprel çevrilişi ərəfəsində Bakını tərk edən gənclərdən biri də sonralar yazıçı kimi məşhur olan Məhəmməd Əsəd Bəy Almaniyada 1929-cu ildə nəşr etdirdiyi "Şərqdə neft və qan” kitabında XX əsrin əvvəllərində baş verən hadisələri ustalıqla qələmə alıbr. Berlində "Literatur Haus” yaradıcılıq evində Qafqaz, əsasən də Azərbaycan gerçəkliklərini Alman cəmiyyətinə olduğu kimi diqqətə çatdırmağı da maraqla qarşılanıb. Yazıçı yaşadığı Avstriya və İtaliyada da Azərbaycan adını daim uca tutaraq arzularını qələmə alıb.