Belarusun Səhiyyə naziri Azərbaycana təşəkkür etdi
28.05.2021
Belarus Ümumdünya Səhiyyə Assambleyasının sessiyası zamanı Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin ənənəvi iclasında iştirak edib.
Bu barədə BELTA Belarusun Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Belarusun Səhiyyə naziri Dmitri Pineviç nazirlərin ənənəvi görüşünü çağırdığına görə Azərbaycana (Qoşulmama Hərəkatının sədri) təşəkkürünü bildirib. O, həm ÜST, həm də BMT-də Azərbaycan Səhiyyə nazirinin ictimai səhiyyə məsələlərinə daim diqqət göstərdiyini qeyd edib.
"Azərbaycanın sayəsində Qoşulmama Hərəkatı böyük səs qazandı və səhiyyə sahəsində qlobal gündəmə böyük töhfə verir”, - deyə nazir bildirib.