Fransa soyqırım törədənləri müdafiə edib - Makron
27.05.2021
Fransa soyqırım törədən Ruanda hökumətinin tərəfini saxlayıb.
DM xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ruanda səfəri zamanı deyib.
"Fransanın Ruandada rolu, tarixi və siyasi məsuliyyəti var. Ancaq Fransa soyqırımda iştirak etməyib. Tökülən qan nə silahlarımızda, nə də əsgərlərimizin əllərində var. Çox təəssüf ki, biz edilən xəbərdarlıqlara qulaq asmayaraq, soyqırım törədən bir şəxsin yanında dayandıq və bu formada çox pis bitən hadisədə adımız hallandı”, - E.Makron bildirib.