Vətən Müharibəsi qəhrəmanlarına MƏZUNİYYƏT
27.05.2021
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
DM Unikal.org-a istinadən xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.