21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

27.05.2021

Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

"Report"un xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli "Report”a açıqlamasında bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

"Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.