Azərbaycanda təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi
26.05.2021
Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.
DM-ın məlumatına görə, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiriQərənfil Əhmədova tutduğu vəzifəsindən azad edilib. Onun öz ərizəsi ilə vəzifəsindən getdiyi deyilir.
Bununla yanaşı, Cəlilabad rayonunda Kürdlər kənd tam orta məktəbin direktoru Gözəl Şərifova, Komanlı kənd tam orta məktəbin direktoru Pənah Baxşəliyev və Alar kənd 1 nömrəli məktəbindirektoru Saməddin Kərimov da işdən azad edilib.
İlkin məlumatlara görə, direktorların işdən azad olunmasına səbəb isə Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan monitorinqlər zamanı sözügedən təhsil müəssisələrində nöqsanlar aşkarlanması olub.