Yaponiya və Rusiya gəmiləri toqquşub
26.05.2021
Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Yaponiyaya məxsus balıqçı gəmisi ilə Rusiyanın quru yük gəmisi "Amur” toqquşub.
Bu barədə "Kyodo” xəbər yayıb.
Monbetsu Balıqçılar Birliyinin gəmisində ümumilikdə beş nəfər olub.
Qəza zamanı Yaponiyaya məxsus gəmi çevrilib, heyət üzvləri dənizə düşüblər. Balıqçılardan üçü həlak olub, qalan ikisi isə xilas edilərək "Amur” gəmisinin göyərtəsinə qaldırılıb.
Rusiyanın yük gəmisindən xəsarət alanların olmadığı bildirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır. İlkin ehtimallara görə, mürəkkəb hava şəraiti, o cümlədən zəif görüntü toqquşmaya səbəb ola bilərdi.