10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb
26.05.2021
2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb ki, onlardan 3 178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERA) tərəfindən əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.
Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur ("Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə həyata keçirilir.