“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi
26.05.2021
Nazirlər Kabineti "az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edib.
DM xəbər verir ki, qərara aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilib:
"2.1.11-1. domen adlarının milli inzibatçısı - "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.
3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
"az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləğiAzərbaycanRespub¬likasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.”.
4.2-ci bənddə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri "Nazirliklə” sözü ilə əvəz edilib.
"az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında "Təkliflərin” sözü "Tərəflərin” sözü ilə əvəz edilib.