21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pandemiyanın ən çox təsir etdiyi sahələr AÇIQLANDI

25.05.2021

Məhdudlaşdırıcı tədbirlər nəticəsində II rübdən başlayaraq iqtisadi artım azalma ilə əvəz olunmağa başlayıb, I rüb istisna olmaqla, digər rüblərdə başlıca azaldıcı effekt ötürən sahələr arasında pandemiyanın birbaşa təsiri ilə mehmanxana və restoranlar, dolayı təsiri ilə isə mədənçıxarma sənayesi fərqlənib.

DM-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

I rübdə iqtisadi artım qeydə alınsa da, sonradan həyata keçirilmiş tədbirlər səbəbilə daxili və xarici tələbdə əhəmiyyətli sıxılma səbəbilə iqtisadi azalma özünün III rübdə ən pik səviyyəsinə çatıb.

Pandemiyadan ən çox təsirlənən alt sahələrdən olan mehmanxana və restoranlar II rübdə əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 70 faizdən çox azalaraq, ÜDM-in azalmasına təsir edən əsas sahə olsa da, III və IV rüblərdə hasilatın azaldılması ilə əlaqədar olaraq, ən böyük neqativ təsir mədənçıxarma sənayesindəformalaşıb.