Stiven Siqala vəzifə verildi
04.08.2018
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya vətəndaşlığı da olan məşhur amerikalı aktyor Stiven Siqalı özünün humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda Siqalın təyinatı barədə sənədi Lavrovun iyulun 31-i imzaladığı bildirilib. Məşhur aktyor 6 avqustdan etibarən 2020-ci ilin 5 avqustuna qədər Lavrovun xüsusi nümayəndəsi elan edilib.