26-sından 14-ü həbs olunub
24.05.2021
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.
Mərkəzi Balıkesir olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 26 hərbiçidən 14-ü saxlanılıb. Onların yeddisi hazırda TSK daxilində fəaliyyətdə olan hərbiçilərdir.
Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.