21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Onu Moskvaya gətiriblər

24.05.2021


Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək futbol üzrə Avropa çempionatının kuboku Moskvaya gətirilib.

AZƏRTAC xəbər verir ki, mayın 24-də Moskvadakı Maksim Qorki adına parkda kubokun tarixini əks etdirən birgünlük sərgi açılıb. Bundan əvvəl kubok mayın 22-23-də Sankt-Peterburqda təqdim olunub.

Kubok turu Avropa çempionatının təşkilatçısı olan bütün şəhərləri əhatə edir. Sankt-Peterburqda turnirin qrup mərhələsinin altı oyunu və dörddəbir final oyunu baş tutacaq.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsinin təşəbbüskarı Anri Delonenin şərəfinə adlandırılan bu kubok turnirin final oyununda qalib komandaya təqdim edilir. İlk dəfə kuboku 1960-cı ildə Avropa çempionatının finalında Yuqoslaviya komandasına qalib gələn SSRİ yığması qazanıb.

Xatırladaq ki, mayın 7-9-da Bakıda nümayiş olunan Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilmişdi.