Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad edilmiş Mülküdərə kəndinin videogörüntülərini paylaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Qarabağ silsiləsinin ətəyində yerləşən Mülküdərə kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 20-də kəndi işğaldan azad edib.