"AP-ın bu qətnaməsi kağız parçasıdır"
21.05.2021
Avropa Parlamentində "hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur.
Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlament sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib:
"Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.