Hərbi hissəyə hücumun qarşısı alınıb
21.05.2021
Türkiyə Silahlı Qüvvələrinin Batman və Şırnak vilayətlərində yerləşən iki hərbi hissəsinə terrorçular tərəfindən hücum cəhdi edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verir ki, mayın 21-də gecə saatlarında iki müxtəlif hərbi hissəyə hücum edən oyuncaq təyyarələr vurularaq məhv edilib. Batmanda hücumun hədəfi pilotsuz uçuş aparatları sisteminin yerləşdiyi hərbi hissə olub. Dağıntı və tələfatın olmadığı bildirilir.
Analoji hücum cəhdi mayın 19-da Diyarbəkirdəki hərbi hissəyə də edilmişdi.