İsrail hücumları dayandırır?
20.05.2021
ABŞ rəsmiləri İsrail Baş naziri Benyamin Netanyahunu HƏMAS-a qarşı əməliyyatları azaltmağa razı sala bilib.
DM xəbər verir ki, bu barədə məlumatı "Politiko" qəzeti yayıb.
Qəzet bildirib ki, amerikalı səlahiyyətlilər pərdəarxası müdaxilələrin İsrailin Qəzza zolağına təcavüzünün qarşısını almağa kömək etdiyinə əmindir.
Qeyd edək ki, ötən gün ABŞ lideri Co Bayden İsrail Baş naziri B.Netanyahu ilə telefon danışığında gərginliyi azaltmağa çağırıb. Ancaq Netanyahu əməliyyatları davam etdirməkdə qərarlı olduğunu bəyan edib.