Polşanın Ermənistandakı səfirliyi xəbərdarlıq edib
19.05.2021
Polşa vətəndaşlarını Azərbaycanla sərhəddə yerləşən bölgələrə getməməyə çağırıb.
Məlumatı Polşanın Ermənistandakı səfirliyi yayıb. Məlumata görə, vətəndaşların xüsusilə Tavuş, Geqarkunik, və Zəngəzur bölgələrinə getməkdən çəkinmələri istənilib.
Qeyd edək ki, bundan öncə oxşar bəyanatı ABŞ Dövlət Departamenti yaymışdı.