Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini üzərinə götürüb
19.05.2021
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Partiya sədrinin müalicə xərclərini Fond qarşılayacaq.
Qeyd edək ki, M.Mirəlioğlu və ailə üzvləri koronavirusa yoluxub. Hazırda o, ev şəraitində müalicə alır.