Meşə yanğınlarının əsas səbəbləri AÇIQLANDI
18.05.2021
"Meşə yanğınları əsasən insan faktorundan baş verir”.
DM-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib.
Onun sözlərinə görə, çəkilən siqaretin kötüyünü yerə atmaq, yaxud da istirahət zamanı yandırdıqları ocaqların tam söndürülməməsi yanğına səbəb olur.
M.Səfərov qeyd edib ki, ölkə ərazisindəki meşələrdə təbii fəlakətlər zamanı baş verən yanğın faktları azlıq təşkil edir.