Zərifdən ABŞ-a sərt reaksiya
18.05.2021
Amerika istehsalı olan sursat fələstinlilərin üzərinə yağarkən, ABŞ daha çox uşağı daha çox "dəqiqliklə” öldürə bilməsi üçün İsrailə daha 735 milyon dollarlıq raketlər verir.
DM xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəyanatını belə əngəlləyir. İsrail və dəstəkçisi çirkin üzlərini göstərərkən, dünya bunu izləyir”, - Zərif bildirib.